Yüz illərdir ki, insanlar bir çox xəstəliklərdən xilas olmaq üçün naftalan neftindən istifadə edirlər. Naftalan nefti əsəb xəstəliklərinin, ginekoloji xəstəliklərin,uroloji və dəri xəstəliklərinin müalicəsində əvəzsiz bir rol oynayır. Bu neft Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır.

 Ta qədim dövrlərdən dünyanın bir çox yerlərindən minlərlə insan bu şəfalı məlhəm üçün Azərbaycana üz tutmuş, Naftalan neftinin köməyi ilə dərdlərinə əlac etmişdir.

 Naftalan nefti Azərbaycanın mədəni irsinin ayrılmaz bir hissəsidir.Bu “qara qızıl bulağı ” sağlamlığın açarı kimi şöhrət qazanmışdır

 Naftalan neftinin müalicəvi əhəmiyyətini əks etdirmək üçün təkcə onu xatırlamaq yetər ki, Rus-Yapon müharibəsi dövründə yapon Əsgərləri çantalarında içində haftalan məlhəmi olan kiçik qablar gəzdirirdilər və həmin qabların üstündə yazılmışdı:

"Kimdə bu məlhəm varsa,o heç bir yaradan qorxmasın”

Şəkillər

img
img
img
img
img
img